...

Azərbaycan və İsrail İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edirlər

Telekommunikasiya Materials 16 May 2011 12:48 (UTC +04:00)
İsrailin rabitə nazirinin müavini Eden Bar Talın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Azərbaycan və İsrail İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir H.Vəliyev/

İsrailin rabitə nazirinin müavini Eden Bar Talın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

İsrail nümayəndə heyətinin Bakıya rəsmi səfəri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəvəti ilə baş tutub.

Hazırda Bar Tal ilə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov arasında danışıqlar gedir.

Görüşdə tərəflər Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edirlər. Eləcə də iqtisadiyyatın yüksək texnologiyalar üzrə sektorlarında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün perspektivlər də qeyd olunub.

Danışıqlarda Azərbaycan və İsrailin İKT sahəsində əlaqələrin inkişafında maraqlı olan təxminən 20 biznes-strukturunun nümayəndələri iştirak edir.

İsrail nümayəndə heyətinin səfəri iki gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti