Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/
Yaxın vaxtlarda Azərbaycanda stasionar telefona görə vaxt hesabı ödənişin tətbiq olunması nəzərdən keçirilmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.
Bir müddət əvvəl nazirlik Azərbaycanın Tarif Şurasına telefon danışıqlarının haqqının vaxt hesabı ilə ödənilməsinə keçidlə bağlı təkliflə müraciət etmişdi.
Məmmədovun sözlərinə görə, bu sistemə keçid üçün bir sıra prosedurların həyata keçirilməsi və qaydaların hazırlanması lazımdır. Yekun qərarı Tarif Şurası qəbul edəcək.
Məmmədovun dediyi kimi, vaxt hesabı ödənişin tətbiqi məsələsi infrastrukturun hazırlanmasından sonra real ola bilər.