Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın telekommunikasiya infrastrukturu ölkədə "Eurovision" müsabiqəsinin keçirilməsinə tam hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.
Onun sözlərinə görə, respublikanın telekommunikasiya şəbəkəsi NGN şəbəkəsi bazasında yaradılıb. Bu, milyonlarla abonentə keyfiyyətli rabitə xidmətləri göstərməyə imkan verir.
"Əminəm ki, müsabiqə Bakıda ən yüksək səviyyədə təşkil ediləcək", - Məmmədov bildirib.