...

Azərbaycan "elektron hökumət"ə keçid üzrə konkret addımları müəyyən edib - nazir müavini

Telekommunikasiya Materials 24 May 2011 12:23 (UTC +04:00)
Məmmədovun sözlərinə görə, dövlət başçısının fərmanı "elektron hökumət"ə keçid və respublika ərazisində elektron xidmətlərin tətbiqi üzrə konkret istiqamətləri müəyyən edir.
Azərbaycan "elektron hökumət"ə keçid üzrə konkret addımları müəyyən edib - nazir müavini

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanına uyğun olaraq, üç ay ərzində bu istiqamətdə konkret tədbirlərin hazırlanması üçün mövcud vəziyyətin təhlilinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, dövlət başçısının fərmanı "elektron hökumət"ə keçid və respublika ərazisində elektron xidmətlərin tətbiqi üzrə konkret istiqamətləri müəyyən edir.

Nazir müavininin fikrincə, fərmanın əsas hissəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin üzərinə digər dövlət orqanları ilə qarşılıqlı əlaqələr yaratmaqla bu prosesin sürətləndirilməsi vəzifəsini qoyur.

"Elektron hökumət"ə keçid yalnız bir nazirlik və ya idarənin keçidi demək deyil. Hər bir idarədə elektron xidmətlərin sonralar "elektron hökumət" vahid portalına qoşulmalarını təmin etməklə, elektron xidmətlərin tətbiqi üçün müvafiq infrastruktur hazır olmalıdır. Bu, öz növbəsində onlar üçün qarşılıqlı istifadə və mövcud məlumatların mübadiləsi imkanını yaradacaq", - Məmmədov bildirib.

Azərbaycandakı nazirlik və idarələrin elektron xidmətlərin tətbiqinə hazırlığına toxunan Məmmədovun sözlərinə görə, onlar müxtəlif idarələrdə müxtəlif səviyyələrdədir.

"Müəyyən strukturlar var ki, onlarda elektron xidmətlərin tətbiqi çox yüksək səviyyədədir. Bunlar Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsidir. Təhsil Nazirliyində də müəyyən dərəcədə elektron xidmətlərdən istifadə olunur. Lakin elə strukturlar var ki, orada bu istiqamətdə işlərə hələ təkcə başlamaq lazımdır. Ona görə də dövlət başçısının fərmanı elektron xidmətlərin hələ tətbiq edilmədiyi həmin idarələrdə informasiyalaşma və hazırlıq səviyyəsi prosesini artırmağa, eləcə də elektron xidmətlərin göstərilməsi üçün infrastrukturun yüksək səviyyədə olduğu idarələrdə informasiyalaşmanın səviyyəsini daha da artırmağa imkan verir", - nazir müavini bildirib.

Məmmədov deyib ki, bunun üçün vəsai ayrılacaq ki, bu da "elektron hökumət"ə keçid və elektron xidmətlərin vahid portalından istifadə üçün lazımi şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti