...

Azərbaycanda müəllimlər elektron ünvan alacaqlar

Telekommunikasiya Materials 8 İyun 2011 15:33 (UTC +04:00)
"Microsoft Azerbaijan" şirkəti ölkənin təhsil müəssisələri üçün live@edu layihəsini işə salıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətdən bildirilib.
Azərbaycanda müəllimlər elektron ünvan alacaqlar

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir H.Vəliyev/

"Microsoft Azerbaijan" şirkəti ölkənin təhsil müəssisələri üçün live@edu layihəsini işə salıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətdən bildirilib.

live@edu xidməti təhsil müəssisəsinin domenindəki poçt qutusudur, təhsil almağa, ünsiyyət yaratmağa və öz vaxtını idarə etməyə kömək edən xidmətlərə çıxış əldə etmək imkanı verir.

Yeni xidmət hər bir müəllimə, şagirdə və tələbəyə öz poçt akkauntunu (ad, soyad @teacher.edu.az )əldə etməyə imkan verir ki, bu da öz növbəsində təhsil alma prosesini daha effektiv edir.

live@edu xidmətinin interfeysinə çıxış ödənişsiz əsasda mümkündür. Pedaqoji heyət üçün elektron ünvan almaqla bağlı məktəblər [email protected] ünvanına müraciət edə bilərlər.

Xidmət "Elektron məktəb" layihəsinin artıq reallaşdırıldığı məktəblərdə mümkündür. Müəllim heyəti üçün bu xidmətdən istifadə üzrə treninqlər təşkil olunacaq.

live@edu xidməti çərçivəsində azərbaycanlı müəllimlər personal elektron təqvim, cəmiyyətə birləşmə imkanı, 25 Gb disk məkanı, eləcə də Microsoft Office proqramlarının online-versiyası zərfini əldə edəcəklər. Burada müəllimlər həm təkbətək, həm də qrup halında əməkdaşlıq edə biləcək, böyük faylları bölüşəcək, eləcə də fayllar üzərində birgə işləmək imkanı qazanacaqlar. Müəllimlərdə personal elektron ünvanların olması Azərbaycanın təhsil sistemində korporativ əlaqələrin formalaşması üçün şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti