...

Azercell "online" müştəri xidmətini istifadəyə verir

Telekommunikasiya Materials 6 İyul 2011 12:50 (UTC +04:00)
Fəaliyyətini abonentlərinin rahatlığına yönəldən "Azercell" bu dəfə "online" müştəri xidmətlərini istifadəyə verir.
Azercell "online" müştəri xidmətini istifadəyə verir

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Fəaliyyətini abonentlərinin rahatlığına yönəldən "Azercell" bu dəfə "online" müştəri xidmətlərini istifadəyə verir. İyulun 6-dan etibarən hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abonentlər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçməklə "online" müştəri xidmətlərindən yararlana biləcəklər.

Artıq müştəri xidmətlərinə getmək və ya telefonda "Azercell" operatoru ilə bağlantını gözləməyə ehtiyac yoxdur. Saytda qeydiyyatdan keçən abonentlər dərhal müştərilərlə əlaqələr təmsilçisi ilə canlı söhbətə (çata) daxil olub onlara istədikləri sualı verib və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edirlər.

Bu yeni xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün faydalıdır. Onlar rouminqdə ikən bahalı beynəlxalq zənglərə pul xərcləmədən "Azercell" ilə əlaqə yaradacaq, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldəcəklər.

"Online" müştəri xidmətləri bütün kateqoriyaya aid abonentlər - Fakturalı Xətt, Fakturasız Xətt və Korporativ abonentlər üçün tətbiq edilir.

Qeyd etmək lazımdır ki, mövcud sistem müştərilərlə əlaqə mərkəzləri sahəsində dünyada lider olan "Avaya" şirkətinin avadanlığı əsasında fəaliyyət göstərir. "Avaya" şirkətinin rəsmi təmsilçisi və qızıl partnyoru, Orta Asiya və Qafqazda "Call Center" üzrə aparıcı sistem inteqratoru olan R.I.S.K. şirkəti mövcud layihəni uğurla həyata keçirib.

"Azercell" müştəri məmnuniyyəti sahəsində fəaliyyətini daim genişləndirir. Təsadüfi deyil ki, 2009-2010-cu illərdə nüfuzlu EPSI təşkilatının apardığı araşdırma nəticəsində müştərilərin 83 faizinin "Azercell"in göstərdiyi xidmət səviyyəsindən razı olduğu ortaya çıxmışdı. 2011-ci ildə isə şirkət İSO 10002.2004 beynəlxalq standartına (keyfiyyətin idarə olunması - Müştəri məmnuniyyəti - şikayətlərə baxılmasına dair təlimatlar) uyğunluq sertifikatını alıb. "Azercell" İİP standartı çərçivəsində 12 meyara cavab verən 36 mindən çox İİP standartı ilə işləyən şirkətlərin siyahısına da daxil edilib.

Hazırda "Azercell"in Bakı üzrə 13, ümumi respublika üzrə 33 "Express Ofis" mərkəzləri fəaliyyət göstərir ki, bunlar da müştəri məmnuniyyətinin yüksəldilməsinə yönələn fəaliyyətlərdir.

Bütün bunlar "Azercell"in müştərilərlə dəyərli rəftar, sürətli xidmət, mehriban heyət, problemlərin keyfiyyətli həlli, sorğulara baxılma, heyətin səriştəliliyi və s. bu kimi məsələlərə xüsusi diqqət ayırdığının göstəricisidir.

Xəbər lenti

Xəbər lenti