...

Azercell-in "Barama" layihəsi çərçivəsində yeni araşdırma gerçəkləşdirildi (FOTO)

Telekommunikasiya Materials 8 İyul 2011 14:29 (UTC +04:00)
"Azercell"in yaratdığı "Barama" innovasiya mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi.
Azercell-in "Barama" layihəsi çərçivəsində yeni araşdırma gerçəkləşdirildi (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

"Azercell"in yaratdığı "Barama" innovasiya mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi.

Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma aparıblar. Onlar 2011-ci ildə "Azercell"də baş verən strateji dəyişiklikləri tədqiq ediblər. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz əsasında ortaya çıxan sualları cavablandırmağa çalışıblar. Onların missiyası müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdırmaq və həmin problemlərin qarşısının alınması üçün effektiv həll yollarını təklif etmək olub.

Araşdırma hər biri 5 tələbədən ibarət olan 2 universitet komandası arasında aparılıb. İştirakçılar İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu, Qafqaz Universitetinin isə İqtisadiyyat, Maliyyə və Biznesin idarə edilməsi fakültələrini təmsil ediblər.

Bu araşdırma tələbələr üçün eyni zamanda biznesin inkişafı üzrə staj olub. Çünki "Barama" ofisində "Azercell" əməkdaşları tərəfindən müxtəlif təlimlər, təqdimatlar keçirilib və bu da tələbələrə praktiki biliklərini artırmağa, həmçinin layihədə uğurlu iştirak etməyə kömək edib.

"Barama" layihəsi 2009-cu ildən fəaliyyət göstərir. Layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ düşüncələri olan, lakin bunu həyata keçirmək imkanına malik olmayan gənclər üçündür. Bu istedadlı insanlar məhz "Barama" vasitəsilə öz ideyalarını gerçəkləşdirmək imkanı qazanıblar.

Bu günə qədər layihəyə 600-dən çox ideya təqdim olunub. Hazırda bu ofisdə mobil telefonlar, smartfonlar, xüsusilə də "Blackberry" üçün proqram təminatı ilə bağlı, həmçinin internetlə əlaqəli müxtəlif layihələri həyata keçirilir.

"Barama" ofisi ən müasir standartlara cavab verən avadanlıq, son modifikasiyalı kompüterlər, sürətli internet və kommunikasiya vasitələri ilə təmin olunub.

Öz ideyalarına qanad verib onları reallaşdırmaq arzusunda olanların nəzərinə: www.barama.az internet səhifəsində "İnnovasiya təklif forması"nı doldurub göndərmək lazımdır. Təklif olunan ideyalar arasında ən uyğun və maraqlı, həmçinin kreativ olanlar ekspert qrupumuz tərəfindən seçilir. Təkliflər il boyunca qəbul edilir.

Xəbər lenti

Xəbər lenti