...

Azərbaycanda mobil rabitə operatorlarının abonent bazası 5,7 faiz artıb

Telekommunikasiya Materials 16 İyul 2011 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyu l /Trend, müxbir H.Vəliyev /

İlin birinci yarısının yekunları üzrə Azərbaycanda mobil rabitə operatorlarının abonent bazası 518 965 abonent artaraq 9 629 000 təşkil edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2011-ci ilin birinci yarısının yekunları üzrə hesabatında bildirilir.

Azərbaycan mobil rabitənin yyaılma səviyyəsi üzrə orta dünya göstəricilərini 35 faiz qabaqlayır. Hazırda mobil rabitənin yayılma səviyyəsi üzrə orta dünya göstəricisi 78 faiz təşkil edir.

İdarənin statistikasına görə, Azərbaycanda hər 100 nəfərə 105 mobil telefon düşür .

Regional ölkələrdə mobil rabitənin yayılma səviyyəsi aşağıdakı kimi görünür : Gürcüstanda - 73,4 faiz, Özbəkistanda - 76,3 faiz , Türkmənistanda - 63,4 faiz, Qırğızıstanda - 91,8 faiz, Türkiyədə - 84,9 faiz , İranda - 91,3 faiz .

2010 -cu ilin sonuna olan vəziyyətə görə , Azərbaycanda mobil rabitə xidmətlərindən 9,1 milyon abonent istifadə edib.

Azə rbaycanda mobil rabitə abonentlərinin sayı:

2003 -cü il

1 057 100

2004 -cü il

1 456 500

2005 -ci il

2 242 000

2006 -cı il

3 323 500

2007 -ci il

4 519 000

2008 -ci il

6 548 000

2009 -cu il

7 757 120

2010 -cu il

9 100 000

Mobiıl rabitənin yayılma səviyyəsi:

2003 -cü il

12,8

2004 -cü il

17,4

2005 -ci il

26,8

2006 -cı il

39,0

2007 -ci il

52,4

2008 -ci il

75,0

2009 -cu il

86,2

2010 -cu il

100

Xəbər lenti

Xəbər lenti