...

"Ailə TV" "Dost Gətir" kampaniyasını elan edir

Telekommunikasiya Materials 8 Avqust 2011 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

"Ailə TV" kabel operator şirkəti daim inkişafda olan və öz müştərilərinə informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni məhsullar təqdim edən telekommunikasiya şirkətidir. Şirkət hər zaman abunəçilərə yeni-yeni xidmətlər və bir çox həvəsləndirici kampaniyalar təklif edir ki, bu kampaniyalara qoşulan abonentlər bir çox güzəştlər əldə edirlər. Bu kampaniyalardan biri də məhz "Dost Gətir" kampaniyasıdır. Belə ki, kampaniyanın qaydalarına əsasən, o şəxslər ki, dostlarının məsləhəti ilə "Ailə TV"-yə qoşulacaqlar, onların dostları a naloq yayıma qoşulmaya görə 1 ay pulsuz operatorun xidmətlərindən istifadə edəcəklər. Rəqəmsal yayıma qoşulmaya görə isə vasitəçilər 2 ay pulsuz operatorun xidmətlərindən istifadə edəcəklər.

"AiləTV" informasiya və kommunikasiya texnologiyaları sahəsində son yenilik olan fiber-optik texnologiyadan istifadə edir ki, bu texnologiyanın köməyi ilə abunəçilər tele və radio yayımda yüksək keyfiyyətdən zövq alırlar. Şirkət öz abunəçilərinə rəqəmsal və HDTV formatında yayım paketləri təklif edir. Qeyd edək ki, rəqəmsal yayım həm də CAM modulların televizora quraşdırılması ilə də mümkündür ki, burada da heç bir resiverə və kabelə ehtiyyac qalmır. "Ailə TV" daima abunəçilər üçün yeni xidmətlərin yaradılması və mütəmadi olaraq həvəsləndirici kampaniyaların həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Şirkət gələcəkdə də abunəçilər üçün müxtəlif həvəsləndirici və bir çox güzəştlər nəzərdə tutan kampaniyalar keçirəcəkdir.

Xəbər lenti

Xəbər lenti