...

"Barama"nın Facebook səhifəsi açılıb

Telekommunikasiya Materials 11 Avqust 2011 14:23 (UTC +04:00)
Azercell-in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi fəaliyyət dairəsini genişləndirir
"Barama"nın Facebook səhifəsi açılıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Azercell-in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi fəaliyyət dairəsini genişləndirir. Artıq proqrama müraciət etmək istəyən gənclərin işi daha da rahatlaşıb.

Layihənin rəsmi Facebook səhifəsini bəyənməklə layihə ilə bağlı bütün yeniliklərdən xəbər tutmaq mümkündür. Bundan əlavə, məhz Facebook səhifəsi ilə də layihə barədə ətraflı məlumat almaq olar. Öz təşəbbüslərinin reallaşmasına dəstək axtaran gənclər bu səhifənin köməyindən istifadə edə bilərlər.

"Barama"nın Facebook səhifəsində layihənin özü barəsində, o cümlədən proqramın işlədiyi istiqamətlər, ideyaların göndərilməsi və dəstəklənməsi qaydaları haqda ətraflı məlumatlar yer alıb. Hər bir Facebook üzvü bu səhifəni bəyənib dostları arasında paylaşsa, sosial şəbəkədə olan digər gənclərin də təşəbbüskarlığının dəstəklənməsinə yardım etmiş olar.

Qeyd edək ki, "Barama" layihəsi "Azercell Telekom" MMC tərəfindən yaradılıb. Proqramın əsas məqsədi İKT (informasiya kommunikasiya texnologiyaları) sahəsində fəaliyyət göstərən gənc sahibkarlara yardım etməkdir. Həmçinin, gənc istedadların dəstəklənməsi vasitəsilə ölkədə fərdi sahibkarlığın inkişafına təkan vermək, gənc nəslin iqtisadi rifahının daha da yaxşılaşdırılmasına xidmət etməkdir.

2 ilə yaxın bir müddətdir fəaliyyət göstərən "Barama" layihəsi istedadlı və təşəbbüskar gənclər tərəfindən çox maraqla qarşılanıb. Bu müddət ərzində layihəyə 600-dən artıq müraciət daxil olub, ən yaradıcı ideyalar dəstəklənib. "Barama"da hər bir gənc istənilən yenilikçi və perspektivli ideyasının gerçəkləşməsinə nail ola bilər. Bu zaman yeganə şərt ideyanın İKT sahəsinə aid olması ilə bağlıdır.

"Barama"nın Facebook səhifəsi ilə tanış olmaq, onu bəyənmək (LİKE etmək), paylaşmaq və layihənin imkanlarından yararlanmaq üçün - http://www.facebook.com/pages/Barama-Project-Azercell/172056596183967?ref=ts ünvanına baş vurmaq və ya Facebook-da "Barama Project - Azercell" sözünü axtarışa vermək lazımdır.

Xəbər lenti

Xəbər lenti