...

Azərbaycan İKT xidmətlərinin orta qiymətləri üzrə dünyada 53-cü yeri tutur

Telekommunikasiya Materials 16 Sentyabr 2011 16:11 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində (IDI) 83-cü yerdən 74-cü yerə yüksəlib.
Azərbaycan İKT xidmətlərinin orta qiymətləri üzrə dünyada 53-cü yeri tutur

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində (IDI) 83-cü yerdən 74-cü yerə yüksəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü ITU-nun saytında dərc olunan "İnformasiya cəmiyyətinin ölçüləri - 2011" hesabatında deyilir.

Eləcə də Azərbaycan dünyanın 152 ölkəsi arasında İKT xidmətlərinin orta qiymətləri üzrə 53-cü yeri tutur.

ITU-nun məlumatına görə, Azərbaycanda İKT xidmətlərinin orta qiyməti adambaşına ÜDM-in 1,8 faizini təşkil edir.

2010-cu ildə Azərbaycanda İKT xidmətlərinin orta qiyməti adambaşına ÜDM-in 9,9 faizini təşkil etdiyi 2008-ci ilə nisbətən xeyli azalıb.

İKT qiymətlərinə təsbit edilmiş telefon rabitəsi, mobil rabitə və İnternetə genişzolaqlı çıxış daxildir.

2010-cu ildə təsbit olunmuş telefon rabitəsi üzrə İKT qiymətləri adambaşına ÜDM-in 0,6 faizini (2008-ci ildə bu göstərici 0,8 faiz olub) təşkil edib.

Ötən ilin yekunları üzrə təsbit olunmuş telefon rabitəsinin qiyməti adambaşına ÜDM-in 1,7 faizini təşkil edib ki, bu da 2008-ci ilin göstəricisi ilə müqayisədə 0,5 faiz çoxdur.

2010-cu ilin yekunları üzrə genişzolaqlı rabitə xidmətləri Azərbaycanda 3,1 faiz təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 23,6 faiz azdır.

Son iki il ərzində Azərbaycan həm mütləq, həm də nisbi ifadədə IDI indeksi üzrə nəzərəçarpacaq yaxşılaşmaya nail olub. Respublikada yüksək və yuxarı orta artım sürəti həm subindeks, həm də subindeksdən istifadə üzrə müşahidə olunur ki, bu da informasiya cəmiyyətinin inkişafını göstərir.

2008-2010-cu illərdə Azərbaycanda İKT xidmətlərinin qiymətlərində kəskin azalma müşahidə olunub. Qiymətlərin nisbi səviyyəsi 50 faizdən çox azalıb.

Xəbər lenti

Xəbər lenti