...

Bütün Azərbaycanla qısa danışıqlar cəmi 2 qəpiyə!

Telekommunikasiya Materials 10 Oktyabr 2011 12:03 (UTC +04:00)
Qısa Danışıqlar paketini sifariş et, bütün Azərbaycanla sərfəli qiymətlərlə danış. Trend-in məlumatına görə, bu barədə "Azerfon" şirkətinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Bütün Azərbaycanla qısa danışıqlar cəmi 2 qəpiyə!

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Qısa Danışıqlar paketini sifariş et, bütün Azərbaycanla sərfəli qiymətlərlə danış. Trend-in məlumatına görə, bu barədə "Azerfon" şirkətinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Paket çərçivəsində ölkədaxili bütün istiqamətlərə hər 30 saniyə cəmi 2 qəpikdir.

Paketinin sifarişi üçün telefonun ekranında *777#002#YES şifrəsini yığmaq və ya 002 yazıb 777 nömrəsinə mesaj göndərmək kifayətədir.

Paketi sifariş etmək üçün abonentin balansında minimum 5 manat məbləğində vəsait olmalıdır. Paketdən istifadə müddəti 10 gündür. 5 manat sərf edildikdə və ya 10 gün bitdikdə paket avtomatik olaraq ləğv olunur.

Qısa danışıqlar paketini yalnız Ölkəm və Sevimli Şəbəkə tariflərinin abunəçilərinə şamil olunur. Paket çərçivəsindəbütün zənglər üçün hesablama intervalı 30 saniyədir.

Paket haqqında daha ətraflı məlumatıwww.narmobile.az saytından və ya 777 nömrəsinə zəng edərək ala bilərsiniz.

Xəbər lenti

Xəbər lenti