...

Azərbaycan Rabitə Nazirliyi İT şirkətinə lisenziya verib

Telekommunikasiya Materials 13 Oktyabr 2011 15:13 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən SINAM şirkətinə fəaliyyət istiqamətlərindən biri üzrə lisenziya təqdim olunub.
Azərbaycan Rabitə Nazirliyi İT şirkətinə lisenziya verib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən SINAM şirkətinə fəaliyyət istiqamətlərindən biri üzrə lisenziya təqdim olunub. Lisenziya Azərbaycan Respublikasında fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması və onlara xidmətlərin göstərilməsinə icazə verir. Bu barədə cümə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

SINAM şirkətinin göstərilən istiqamətdə proqram təminatının hazırlanması üzrə yüksək peşəkar səviyyəsini təsdiqləyən lisenziya beş il müddətinə verilib.

SINAM şirkəti 16 ildir fəaliyyət göstərir və Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biridir.

Microsoft, Oracle, Alcatel-Lucent, EMC, Cisco, İMC, e-İnstruction kimi beynəlxalq binzes-tərəfdaşları Azərbaycanda təmsil edən SINAM şirkətinin ABŞ, Qırğızıstan və Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti