...

Azerfon qiymət və şəffaflıq üzrə mobil operatorlar arasında müştərilərin 1 nömrəli seçimi olaraq qalır

Telekommunikasiya Materials 4 Noyabr 2011 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Azerfon qiymət və şəffaflıq üzrə mobil operatorlar arasında müştərilərin 1 nömrəli seçimi olaraq qalır.

"Rəqiblərimizlə müqayisədə bizim bütün istiqamətlərə zənglərə və rominq xidmətlərində ən sərfəli qiymətlərimizin olması, eləcə də keyfiyyətli müştəri xidmətləri bizim abonentlərimizin Nar Mobile-ı seçməsinin əsas səbəbidir", - Azerfon-un baş icraçı direktoru Yurgen Pitz deyib.

Azərbaycanda ilk 3G provayderi olan Azerfon MMC 3 noyabr 2011-ci il tarixdə doqquz aylıq fəaliyyət nəticələrini açıqlayıb.

Azerfon-un 2011-ci ilin doqquz aylıq fəaliyyət nəticələrinə əsasən, şirkətin müştəri bazası 11% , gəlirlər isə 25% artıb. Müştəri Xidmətlərində bir sıra yeniliklər müştəri məmnuniyyətini 85%-ə qaldırıb, Müştəri Xidmətlərinə zənglərin orta gözləmə vaxtı isə 1 dəqiqədən az təşkil edir.

"Bizim ən sərfəli qiymətlərimiz, keyfiyyətli müştəri xidmətləri və 3G xidmətlərindən istifadənin genişlənməsi bazarda payımızın artmasına və 2011-ci ilin doqquz ay ərzində gəlirlərimizin 25% artmasına səbəb olub. Biz hər zaman bazarda ən sərfəli qiymətlər və şəffaf qiymət siyasətimizlə seçilmişik. Bizim rəqiblərimizdən fərqli olaraq, biz istehlakçıları çaşdıran konturlardan heç zaman istifadə etməmişik. 2011-ci ildə 3G istifadəçilərin sayı dörd dəfəyə qədər artmış və hal hazırda 120,000 abonent müntəzəm olaraq data xidmətləri istifadə edir. 2011-ci ildə keçirilən müstəqil araşdırmalar Azərbaycanda Nar Mobile tərəfindən təklif olunan 3G xidmətlərinin orta sürətinin Böyük Britaniyada oxşar xidmətlərin orta sürətindən daha yüksək olduğunu göstərdi. Hal-hazırda biz şəbəkəmizin əhatə dairəsini ən müasir avadanlıqlarla genişləndiririk. Şəbəkə müasirləşdirilməsi tezliklə başa çatdırıldıqdan sonra, müştərilərimiz mükəmməl rabitə xidmətlərindən istifadə edəcəklər", - Pitz bildirib.

Qeyd etmək lazımdır ki, mövcud şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmək və müasirləşdirmək üçün Azerfon 65 milyon ABŞ dolları məbləğində sərmayə qoyub. Dünyanın aparıcı şəbəkə avadanlığı istehsalçısı olan Almaniyanın Nokia Siemens Networks (NSN) şirkəti şəbəkənin genişləndirilməsi üzrə Azerfon-un əsas tərəfdaşıdır. Müqaviləyə əsasən NSN Azerfon-un şəbəkəsini ən müasir avadanlıqlarla təchiz edərək 2G və 3G stansiyalarının sayını əhəmiyyətli dərəcədə artıracaq, metro stansiyalarına şəbəkəni genişləndirəcək və tezliklə abunəçilər ən mükəmməl rabitə xidmətlərindən istifadə edəcəklər.

2011-ci ilin yayında Eurovision-2011 Mahnı Müsabiqəsinin qalibləri El və Nikki Nar Mobile-ın rəsmi simaları oldular. Eldar və Nigarın Nar Mobile-ın bir sıra televiziya reklamlarında iştirak etməsi, "Limitsiz" danışıq tarifi, "Bomba" və "Hər tərəfə sərfəli" kimi kampanyaların daha məşhur olmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti