...

Azərbaycanın mobil operatoru 3G xidmətlərinin işə salınmasının sınaq mərhələsini həyata keçirir

Telekommunikasiya Materials 18 Noyabr 2011 19:15 (UTC +04:00)
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir.
Azərbaycanın mobil operatoru 3G xidmətlərinin işə salınmasının sınaq mərhələsini həyata keçirir

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti 3G xidmətlərinin göstərilməsinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, test rejimi ölkənin 3G standartında yüksəksürətli mobil internet xidmətlərinin göstərilməsi üçün tam hazır olan 62 şəhərində aktivləşdirilib. Şirkətin çoxdan gözlənilən 3G şəbəkəsi noyabrın 3-də - 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından dərhal sonra aktivləşdirilib.

Faza 1 ərzində 3G xidmətləri 1000 nəfər daxili istifadəçi, yəni bütün "Bakcell" əməkdaşlarının nömrələri üçün test rejimində aktiv edilib. Həmin mərhələdə bütün "Bakcell" əməkdaşları 3G standartını öz smartfonlarında sınayıblar. Sonrakı sınaqlar 3G modemlərin vasitəsilə həyata keçirilib. Əlavə olaraq, Mi-Fi cihazları paylanaraq sınaqlardan keçirilib. Faza 2 noyabrın 15-də "Bakcell" şirkətinin seçilmiş dilerlərinin iştirakı ilə başlayıb. Həmin mərhələ ərzində smartfonlar, 3G modemləri və Mi-Fi cihazları paylanaraq test rejimində istifadəyə verilib. Test rejiminin 3-cü mərhələsi 21 noyabr 2011-ci il tarixindən etibarən "Bakcell"in əsas korporativ müştəriləri üçün həyata keçiriləcək. Şirkət öz aparıcı korporativ müştərilərini 3G xidmətlərini sınaqdan keçirməyə dəvət edib. Bakcell-in 3G xidmətləri Azərbaycan rayonlarının əksəriyyətində və ölkə xaricində şirkətin rouminq tərəfdaşlarının 3G şəbəkələrində istifadə oluna biləcək.

"Bakcell"in 3G xidməti vasitəsilə Siz öz 3G-ni dəstəkləyən mobil telefonunuzdan yüksək keyfiyyətli videozəng, onlayn musiqi və videoaxın, super sürətli internet kimi xidmətlərdən yararlana biləcəksiniz.

Faza 4, yəni 3G-nin kommersiya istifadəsinə verilməsi abunəçilərə 3G xidmətlərinin göstərilməsi, Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq radiotezliklərin verilməsindən sonra başlanacaq.

"Bakcell" şirkəti 3G xidmətlərinin istifadəyə verilməsinə tam hazırdır. Buna baxmayaraq, bizə verilmiş lisenziyanın şərtlərini pozub B&BTV şirkəti ilə radiotezliklərin istifadəsinə dair razılıq əldə olunmayana qədər bu xidmətləri göstərməyəcəyik. Bakcell şirkəti B&BTV şirkətinin müştərilərinə göstərilən xidmətlərinə maneçilik törətmək və şirkətin işinə xələl gətirmək niyyətində deyil", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Bakcell-ə verilmiş 2 noyabr 2011-ci il tarixli lisenziyada xüsusi olaraq qeyd edilir:

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 3-cü nəsil (3G) mobil rabitə xidmətlərini (Radiotezliklər üzrə Dövlət Komissiyasının 28.10.2011-ci il tarixli 66 saylı protokol qərarı icra edildikdən sonra) həyata keçirməyə icazə verir.

Radiotezliklər üzrə Dövlət Komissiyasının 28.10.2011-ci il tarixli 66 saylı protokol qərarına əsasən: "---- MHs tezlik zolağının "B&BTV Kommunikeyşn" MMC tərəfindən boşaldılaraq "Bakcell Ltd" MMC-nin istifadəsinə ayrılması qərara alınıb. Bununla bağlı tələb olunan məsrəflər qarşılıqlı razılaşma əsasında "Bakcell Ltd" MMC tərəfindən həyata keçirilməlidir.

2011-ci il iyunun 24-də RİTN-də keçirilmiş iclasın Protokoluna əsasən: "Azercell Telekom" MMC və "B&BTV Kommunikeyşn" MMC, həmçinin "Bakcell Ltd" MMC və "B&BTV Kommunikeyşn" MMC arasında əldə olunan birgə razılaşmalara əsasən qeyd olunan tezliklərin "B&BTV Kommunikeyşn" MMC-dən geri alınaraq "Azercell Telekom" və "Bakcell Ltd" MMC-lərə mövcud qaydalara əsasən ayrılmasına baxılması RİTN tərəfindən RTDK-nin müzakirəsinə çıxarılsın.

"Biz lisenziyamızda göstərilən şərtlərə tam olaraq riayət edirik və B&BTV ilə qərəzsiz razılığın əldə olunması barədə RİTN-in tövsiyələrinə hörmətlə yanaşırıq. Şirkətimiz aqressiv hərəkətlərin və lisenziya şərtlərinin pozulmasını konstruktiv bazar fəaliyyətinə zidd olduğunu hesab edir", - Şirer qeyd edib.

"Bakcell" şirkəti hazırda sayı 2500-ü keçən ən böyük baza stansiyaları şəbəkəsinə malikdir və 3G standartında xidmətlərin göstərilməsinə tam olaraq hazırdır. "Bakcell" abunəçilərini ən yüksək keyfiyyətli 2G və 3G xidmətləri ilə təmin etmək məqsədilə çox ciddi iş görülüb və böyük həcmdə sərmayə qoyulub. "Bakcell" şirkəti yaxın bir zamanda öz müştərilərinə ən keyfiyyətli 3G təcrübəsini təklif edəcək. "Bakcell"in baş kommersiya direktoru Krasimir Genovun sözlərinə görə, "Bakcell"in 3G xidməti maksimum yox, super maksimum gücə malik olacaq.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti