...

"Azercell" operatorunun 3G xidmətlərini göstərməsi qanunazidd deyil - nazir müavini

Telekommunikasiya Materials 22 Noyabr 2011 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir E.İsmayılov/

"Azercell" mobil rabitə operatorunun 3G xidmətlərini göstərməyə başlaması bu xidmətlərin göstərilməsi üçün lazım olan mövcud texniki sənədlərlə ziddiyyət təşkil etmir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə B&BTV kabel televiziyası operatoru və "Azercell" arasında yaranan mübahisəni şərh edərkən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Vəlizadə bu sənədlər arasında 3G xidmətlərinin göstərilməsi və mövcud tezliklər üçün lisenziyanı göstərib.

Əvvəl B&BTV şirkəti (kabel televiziyası operatoru) 3G xidmətlərinin təqdim edilməsi üçün "Azercell" mobil rabitə operatorunun tezliklərdən istifadəsinin qanunsuz olduğu qeyd edilən məktubla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə Radiotezliklər üzrə Dövlət Komissiyasında B&BTV şirkətinin tezliklərin ləğv edilməsi prosesinin dayandırılması və onların 3G xidmətləri göstərmək üçün mobil rabitə operatorlarına verilməsi haqqında iddiasını təmin edib.

"Azercell" şirkətinin prezidenti Əli Ağanın əvvəl bildirdiyinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Radiotezliklər üzrə Dövlət Komissiyasının iştirakı ilə 3G xidmətlərinin işə salınması onların təqdim edilməsinin tamamilə qanuniliyindən xəbər verir. Bundan başqa, o, bir daha təsdiqləyib ki, operatorun təqdim etdiyi tezliklər B&BTV tərəfindən istifadə edilmir.

Radiotezliklər üzrə Dövlət Komissiyası əvvəl 3G standartında xidmətlər göstərmək üçün Azərbaycanın mobil rabitə operatorlarına 1965-1980 və 2155-2170 Mhz tezliklərini təqdim edib. Bu qərara həmin tezliklərin balansında olduğu B&BTV etiraz edib.

Xəbər lenti

Xəbər lenti