...

Azərbaycan saytlarına edilən haker hücumuna kibermüharibə kimi yanaşmaq lazımdır - ekspert

Telekommunikasiya Materials 17 Yanvar 2012 11:27 (UTC +04:00)
Azərbaycanın dövlət və ictimai internet saytlarına haker hucumunu elan olunmamış kibermüharibə ilə eyniləşdirmək olar.
Azərbaycan saytlarına edilən haker hücumuna kibermüharibə kimi yanaşmaq lazımdır - ekspert

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın dövlət və ictimai internet saytlarına haker hucumunu elan olunmamış kibermüharibə ilə eyniləşdirmək olar. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.

Dünən Azərbaycanın bir sıra dövlət və ictimai strukturları, o cümlədən Trend BİA-nın saytı haker hücumuna məruz qalıb.

Onun sözlərinə görə, bu hadisəni öz miqyasına görə adi haker hücumu adlandırmaq olmaz.

"Adi haker hücumunun miqyası bu qədər böyük olmur. Ona görə də bu insidentə kibermüharibə kimi yanaşmaq və baş verənlərə müvafiq qiymət vermək lazımdır", - Gündüz deyib.

Azərbaycanda informasiya təhlükəsizliyinin effektiv sisteminin qurulması sahəsində müəyyən işlər görülüb və AİF sədrinin fikrincə, ölkə son beş ildə belə insidentlə üzləşməyib.

Gündüzün sözlərinə görə, bu tip insidentlərin araşdırılması ağır zəhmət tələb edən uzun prosesdir.

Xəbər lenti

Xəbər lenti