...

"Bakcell" Klass abunəçilərinə iki tarif təqdim edir

Telekommunikasiya Materials 23 Yanvar 2012 17:53 (UTC +04:00)
Azərbaycanın mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz Klass ailəsi üçün əlavə üstünlüklər və misilsiz imkanlar yaradır.
"Bakcell" Klass abunəçilərinə iki tarif təqdim edir

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycanın mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz Klass ailəsi üçün əlavə üstünlüklər və misilsiz imkanlar yaradır.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, indi Bakcell "Klass 7" və "Klass Peşəkar" tarif planlarını təqdim edir. Klass abunəçiləri bunlardan birini seçib ən sərfəli qiymətə "Klass 7" və "Klass Peşəkar" tarif planlarından yararlana bilərlər.

"Klass 7" tarifi çərçivəsində "Bakcell" abunəçiləri danışıq haqqını hər limitsiz zəngə görə ödəyəcəklər (bir zəngin maksimal müddəti 1 saatdır). Sevimli Nömrələrə edilən bir zəngin qiyməti isə sadəcə 2 qəpik təşkil edəcək.

3G xidmətinin uğurlu başlanğıcından sonra "Bakcel"l şirkəti "Klass 7" abunəçilərinə əlavə üstünlüklər təklif etməkdədir - gündəlik 1 AZN dəyərində internetdən istifadə edən "Klass 7" abunəçiləri hədiyyə olaraq eyni müddət üçün limitsiz (1GB) internet əldə edəcəklər.

Hazırda Bakcell-in Klass Peşəkar abunəçilərinə hər ay 250 pulsuz SMS və 50 Mb pulsuz internet hədiyyə olunur. 3G xidmətlərinin istifadəyə verilməsi ilə əlaqədar həmin bonus 250 Mb təşkil edir.

"Bakcell şirkəti müştərilərin ehtiyac və tələblərinə cavab vermək üçün bütün imkanlardan istifadə edir. Klass tarifi öz büdcəsinə nəzarət edən, fəal ictimai və peşəkar həyat tərzinə malik insanlar üçün nəzərdə tutulub. Klass öz dost və həmkarlarına daha yaxın olmaq, sərfəli rouminq qiymətlərindən yararlanaraq səyahət etmək və tarifin digər geniş imkanlarından istifadə edərək daima irəlidə olmaq üçün inanılmaz fürsətlər yaradır.

Klass abunəçisi olmaq üçün istənilən "Bakcell" ticarət nişanlı dükana baş çəkib Klass nömrəsi almaq və ehtiyacınıza ən uyğun Klass tarifini seçmək kifayətdir. "Bakcell" öz müştərilərinə bütün ölkə ərazisində fəaliyyət göstərən 220-dən artıq xidmət və satış nöqtəsi vasitəsilə həm Bakıda, həm də regionlarda xidmət göstərir. Bakcell-in müştəri xidməti üzrə nümayəndələri və dilerlər müştərilərə ən yaxşı mobil rabitə planını seçməkdə böyük məmnuniyyətlə kömək edəcəklər.

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti