Azərbaycan, Bakı, 9 mart /Trend müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) kommersiya internet servis provayderləri ilə birlikdə respublikanın 16 rayonunda fiber-optik xətlərin çəkilməsini başa çatdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin məlumatında deyilir.
Nazirliyin məlumatına əsasən, 220 kilometr uzunluğundakı optik xətt martın ikinci ongünlüyünün sonuna qədər 108 kəndi əhatə edəcək.
Optik xəttin çəkilməsi üzrə işlərə İB-nin müqavilə imzaladığı səkkiz özəl internet servis provayderi cəlb edilib.
Proqnozlara əsasən, İB ilin sonuna qədər Azərbaycanın bütün kənd yerlərinə optik xəttin çəkilməsini tam başa çatdıracaq.