...

Nar Mobile-dan bir il boyunca pulsuz danışıq hədiyyə

Telekommunikasiya Materials 12 Mart 2012 17:05 (UTC +04:00)
"Nar Mobile" 5 illik yubileyi münasibətilə abunəçilərinə bir il boyunca pulsuz danışıq hədiyyə edir.
Nar Mobile-dan bir il boyunca pulsuz danışıq hədiyyə

Azərbaycan, Bakı, 12 mart /Trend/

"Nar Mobile" 5 illik yubileyi münasibətilə abunəçilərinə bir il boyunca pulsuz danışıq hədiyyə edir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Xoş gəlmişsiniz" kampaniyası çərçivəsində martın 12-dən aprelin 9-dək "Nar Mobile" şəbəkəsinə qoşulan hər kəs 12 ay ərzində hər ay Azərbaycan daxilində bütün istiqamətlərə zənglər üçün 30 dəqiqə danışıq vaxtı hədiyyə qazanacaq.

Hər ay təqdim olunan bonus dəqiqələr həm səsli, həm də videozənglər üçün etibarlıdır. Təqdim olunan bonus dəqiqələrdən istifadə müddəti 30 gündür.

İlk ay üçün bonus nömrə aktivləşdirildiyi andan etibarən abunəçinin balansına avtomatik olaraq yüklənilir. Növbəti 11 ay ərzində isə bonuslar abunəçi balansını ən azı 2 manat dəyərində artırdıqda təqdim olunur.

Xəbər lenti

Xəbər lenti