...

"Nar Mobile" Novruz bayramını "Xoş gəldin" kampaniyası ilə qarşılayır

Telekommunikasiya Materials 13 Mart 2012 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend/

"Nar Mobile" Novruz bayramı ərəfəsində "Xoş gəldin" kampaniyasını genişləndirir.

Mart ayının 12-dən etibarən "Nar Mobile"-ın məşhur "Xoş gəldin" kampaniyasının müddəti uzadılacaq. 2011-ci ilin dekabr ayında başlanan kampaniya "Nar Mobile"-ın hər bir təzə abunəçisi üçün birinci altı ay ərzində hər ay bütün istiqamətlərə 30 dəqiqə pulsuz telefon danışıqları təmin etmək üçün istifadə olunmuşdur. Bu gündən sonra abunəçi hətta 12 ay bəhrələnəcəkdir. Bundan başqa, hər ay pulsuz 30 dəqiqə həm adi, həm də video zənglər üçün qüvvədədir.

"Novruz bayramı ərəfəsində biz "Nar Mobile"-ın artıq məşhur "Xoş gəldin" kampaniyasının müddətini uzatmaq qərarına gəldik. Bu, hazırda bazarda ən cəlbedici təkliflərdən biridir və biz bütün maraqlanan abunəçiləri Novruz bayramına Nar Mobile ilə başlamağa çağırırıq. "Nar Mobile" brendi Azərbaycanın həqiqi yerli ənənələrini simvolizə edir və bu ənənələr arasında xüsusi yer tutan Novruz bizim mədəniyyətimizin ən əhəmiyyətli hissəsidir. Novruz bayramı təkcə Azərbaycanda baharın başlanması deyil, bu bayram həm də "Nar Mobile"-ın doğum günüdür. Biz baharı özümüzün "Xoş Gəldin" Kampaniyamız ilə qarşılayır və Azərbaycan xalqını "Nar Mobile"-a qoşulmağa dəvət edir və Novruz Bayramını bütün istiqamətlərə 30 dəqiqə pulsuz telefon danışıqları ilə salamlayırıq" - Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı director Leyla Nəsrullayeva deyib.

Eyni zamanda, xanım Nəsrullayeva qeyd edib ki, "Nar Mobile" texnoloji baxımdan da Azərbaycanda ən qabaqcıl operatordur. "Azərbaycanda 3G xidmətlərini ilk dəfə biz həyata keçirməyə başlamışıq və 2012-ci ilin mart ayından etibarən "Nar Mobile" Azərbaycanda metro stansiyalarında ilk 3G xidmətlərinin həyata keçirildiyini elan edir. Hazırda 2G xidmətlərinə əlavə olaraq Nar Mobile abunəçiləri aşağıda qeyd olunan metro stansiyalarında (Sahil, Nəsimi, 28 May, Dərnəgül, Azadlıq və Memar Əcəmi) yüksək sürətli mobil birləşmədən istifadə edə biləcəklər" -Nəsrullayeva deyib.

O qeyd edib ki, bu, "Nar Mobile" şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsinə 85 milyon dollar məbləğində sərmayə yatırılmasının nəticəsidir. Metro stansiyalarında da ilk 3G xidmətlərini həyata keçirməyə başlamaqla "Nar Mobile" ölkənin mobil kommunikasiya bazarında özünün texnoloji liderlik mövqeyini gücləndirir. Şəbəkənin genişləndirilməsini başa çatdırdıqdan sonra "Nar Mobile" Azərbaycanda bütün şəhərləri əhatə edən ən böyük 3G şəbəkəsinə malik olacaq və bununla da ölkədə hər kəsin genişzolaqlı mobil kommunikasiya xidmətindən istifadə etməsinə imkan yaradacaq. Şəbəkənin modernləşdirilməsini qrafikə uyğun olaraq 2012-ci ilin may ayında tamamlamaqla "Nar Mobile" Azərbaycanda 4G şəbəkəsi də quraşdıracaq. Metro ən çox istifadə olunan ictimai nəqliyyat vasitəsidir və bundan sonra "Nar Mobile" internetdə yerdəyişmə, e-poçt hesabları və sosial şəbəkələrdən istifadə etmək, böyük materialları yükləmək üçün 3G xidmətlərindən yararlanan ilk şirkət olacaq. Sözügedən xidmətin metronu əhatə etməsi 2012-ci ildə keçiriləcək Avroviziya üçün hazırlıq işlərinin bir hissəsidir. 2012-ci ilin may ayına qədər 2012-ci il Avroviziya mahnı yarışmasının bizim şəbəkəmizi seçən bütün qonaqları yaxşı keyfiyyətli genişzolaqlı mobil kommunikasiyaya malik olacaq və bu, onların Azərbaycanda qalmasını daha rahat edəcək. Hazırda Nar Mobile 14,4 mbt/s-yə qədər sürətli 3G xidmətlərini təmin edir.

Xəbər lenti

Xəbər lenti