...

Bakcell: 4G rabitə standartında xidmət göstərmək lisenziyanın mövcudluğundan asılıdır

Telekommunikasiya Materials 7 May 2012 17:27 (UTC +04:00)
4G rabitə standartında xidmətlərin göstərilməsinə başlamaq lisenziyanın mövcudluğundan asılıdır və lisenziyanın verilməsindən sonra Azərbaycanın mobil rabitə operatoru "Bakcell" bu istiqamətdə fəaliyyətə başlamağa hazırdır.
Bakcell: 4G rabitə standartında xidmət göstərmək lisenziyanın mövcudluğundan asılıdır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/

4G rabitə standartında xidmətlərin göstərilməsinə başlamaq lisenziyanın mövcudluğundan asılıdır və lisenziyanın verilməsindən sonra Azərbaycanın mobil rabitə operatoru "Bakcell" bu istiqamətdə fəaliyyətə başlamağa hazırdır. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən bildiriblər.

"Bakcell" şirkəti artıq ötən ilin noyabr ayında "BakuTel" sərgisində LTE sisteminin qeyri-kommersiya nümayişini həyata keçirib. "Bakcell"in Sür@ xidmətlərinin çeşidi və 3G Sür@ xidmətlərindən istifadə edən müştərilərin sayı daima artmaqdadır", - şirkətdən deyiblər.

"Bakcell" bünün müştərilərinə 3G xidmətlərindən istifadə etmək imkanını yaratmaq qərarına gəlib. Bunun üçün bəzi müştərilər "Bakcell"in təklif etdiyi Azərbaycanın ən sürətli mobil internet şəbəkəsindən yararlanmaq üçün öz mobil telefonlarını yeniləməli olacaqlar", - şirkətdən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti