...

Elektron xidmətlərin tətbiqi Azərbaycanın iqtisadi inkişafının tələbidir - nazir müavini

Telekommunikasiya Materials 6 Avqust 2012 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi fəaliyyətinin 7 istiqaməti üzrə interaktiv elektron xidmətlər və 9 istiqamət üzrə informasiya xarakterli elektron xidmətlər göstərir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov nazirliyin fəaliyyətində elektron xidmətlərin tətbiqinə həsr edilmiş tdbirdə çıxışı zamanı bildirib.

"Nazirlik elektron xidmətlərin tətbiqi və genişləndirilməsi üzrə sistemli tədbirlər görür, o cümlədən müvafiq elektron təminatı və zəruri qanunverici bazanı hazırlayır. Hazırda rüsumların ödənilməsi real vaxt rejimində aparılır, bu rüsumların ödənişini təsdiq edən sənədlərin verilməsi də elektron formada həyata keçirilir. Qrant sazişlərinin imzalanması, lisenziya və sertifikatların verilməsi də elektron formada aparılır, nazirlik vətəndaşların müraciətlərinə elektron formada cavab verir" , - Səfərov deyib.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar çərçivəsində İqtisadi İnkişaf Nazirliyində müasir texnologiyaların yaratdığı imkanlardan geniş istifadə edilməklə bir sıra işlər görülüb.

Onun sözlərinə görə, elektron xidmətlərin tətbiqi vaxtın və ölkədə iqtisadi inkişafın tələbidir.

"Dünyada mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, ilin ilk yarısı Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Ölkənin ümumi daxili məhsulu (ÜDM) 1,5 faiz artıb, ÜDM-də özəl sektorun payı 82 faizi ötüb", - nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti