...

TÜRKSOY VƏ TMB telekanalları əməkdaşlıq haqqında müqavilə imzalayıb

Telekommunikasiya Materials 27 Sentyabr 2012 12:30 (UTC +04:00)
Sentyabrın 25-də Ankarada TMB TV (Türk Musiqi Birliyi) və TÜRKSOY təşkilatı arasında qurumda TMB TV kanalının daimi təmsilçiliyinin açılması və əməkdaşlıq haqqında razılaşma imzalanıb.
TÜRKSOY VƏ TMB telekanalları əməkdaşlıq haqqında müqavilə imzalayıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Sentyabrın 25-də Ankarada TMB TV (Türk Musiqi Birliyi) və TÜRKSOY təşkilatı arasında qurumda TMB TV kanalının daimi təmsilçiliyinin açılması və əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, TÜRKSOY-un təşkil edəcəyi bütün mədəni kütləvi tədbirlərin yayım hüququ TMB televiziyasına verilib. Bundan başqa, əməkdaşlığın səmərəliliyini daha da artırmaq üçün kanalın TÜRKSOY təşkilatı yanında daimi təmsilçiliyi açılıb.

TMB TV kanalı iş həyatına başladığı gündən etibarən TÜRKSOY-un prinsiplərini əsas götürərək türkdilli xalqlar və ölkələr arasında dostluq əlaqələrini gücləndirmək, ortaq türk mədəniyyətini, dilini, sənətini, adət və ənənələrini yaşatmaq, mədəni birliyi və həmrəyliyi təmin etmək, türk mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında, yayılmasında aktiv iştirak etmək və bu əhəmiyyətli yolda sivilizasiyaya, dünyada sülhün bərqərar olmasına xidmət etmək, türk mədəniyyətinin müasir üzünü dünya ictimaiyyətinə tanıtmaq məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti