...

Azərbaycan Çin şirkəti ilə əməkdaşlığı möhkəmləndirir

Telekommunikasiya Materials 19 Oktyabr 2012 13:46 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Çinin "Huawei Technologies" şirkəti ilə əməkdaşlığı möhkəmləndirir.
Azərbaycan Çin şirkəti ilə əməkdaşlığı möhkəmləndirir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Çinin "Huawei Technologies" şirkəti ilə əməkdaşlığı möhkəmləndirir. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, iki tərəfin əməkdaşlığının aspektləri rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovla "Huawei Technologies" şirkətinin yaradıcısı və baş direktoru Renq Jenqfey arasında müzakirə olunub.

Nazir müavini Azərbaycanın İKT sektorunun cari vəziyyəti, sahənin statistik göstəriciləri və gələcək inkişafın perspektivləri barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda "Huawei Technologies" şirkətinin telekommunikasiya avadanlıqlarının əsas alıcıları "Bakı Telefon Rabitəsi" və "Aztelekom" İstehsalat birlikləri, eləcə də mobil rabitə operatorlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti