...

"Twitter" Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

Telekommunikasiya Materials 1 Noyabr 2012 16:53 (UTC +04:00)
"Azercell" şirkətinin rəsmi "Twitter" səhifəsi www.twitter.com/azercell təsdiqlənmiş (verified) statusuna layiq görülüb.
"Twitter" Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

"Azercell" şirkətinin rəsmi "Twitter" səhifəsi www.twitter.com/azercell təsdiqlənmiş (verified) statusuna layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu status "Twitter"in özü tərəfindən tanınmış qurumlara, brendlərə və ictimai xadimlərə verilir. Bununla, "Azercell" nəinki telekommunikasiya sektorunda, hətta Azərbaycanın bütün yerli şirkətləri arasında bu nailyyətə imza atan ilk şirkət olub. Azercell-in "Twitter" səhifəsinin hazırda 16 mindən çox izləyicisi mövcuddur.

Şirkətin təqdim etdiyi digər bir yenilik isə "Azercell" abunəçilərinə öz "Twitter" səhifələrini internetə qoşulmadan, SMS göndərməklə yeniləmək imkanı verəcək. İlk dəfə xidmətə qoşulmaq üçün START yazıb 8800 qısa nömrəsinə SMS göndərmək lazımdır. Bu da "Azercell" abunəçilərinə SMS yazmaqla "Twitter" yazıları yaratmaq imkanını vermiş olacaq.

"Azercell" sosial media sahəsində daim yeniliklərə imza atan şirkətdir. Şirkətin 150 mindən artıq fanı olan "Facebook" səhifəsində daim fərqli kampaniyalar keçirilir, hədiyyələr oynanılır. 0.facebook.com xidməti bütün "Azercell" abunəçilərinə öz telefonlarından pulsuz olaraq "Facebook" şəbəkəsindən istifadə etmək imkanı verir. Azecell-in Facebook-da təqdim etdiyi sosial müştəri xidmətlərinin effektivliyinə görə isə sosial medianın monitorinqini keçirən nüfuzlu "Socialbakers" tədqiqat mərkəzi şirkəti xüsusi sertifikata layiq görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti