Korporativ müştərilərə şəbəkə xidmətlərinin göstərilməsi ilə məşğul olan Caspian Telecom şirkəti korporativ şəbəkəyə qoşulmalarda yeni, 3G texnologiyanı təqdim edir. Baku Tel-2012 İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində nümayiş olunacaq texnologiya, banklar, sığorta şirkətləri, mağaza şəbəkələri, universitetlər və coğrafi olaraq biri-birindən uzaqda yerləşən filillara malik şirkətlərə faydalı ola bilər.
Korporativ 3G texnologiyasından istifadə edən şirkətlər bir sıra üstünlüklər qazanırlar ki, bunların içində yüksək məhsuldarlığın və təhlükəsizliyin təmin olunmasını və müştərilərə keyfiyyətcə yeni səviyyədə xidmətin göstəriləməsini göstərmək olar. Bu da son nəticədə şirkətin rəqabətə davamlılığının və gəlirlərinin artmasına səbəb olur.
Azərbaycanda ilk belə sistem olan, Caspian Telecom-un korporativ 3G xidməti, şirkətlərə uzaqda və coğrafi cəhətdən cətin keçimli yerlərdə yerləşən filialları ilə məlumat mubadiləsini təmin etməyə imkan verir və kabelin çəkilməsi məqsədə uyğun olmadığı hallarda alternativ variant kimi istifadə olunur. Qeyd edək ki, bu texnologiya sərgi, konsert və ya idman tədbirlərinin təşkilində müvəqqəti şəbəkəyə ehtiyyac olan zaman alternativi olmayan bir texnologiyadır.
Simsiz 3G modem vasitəsi ilə, virtual şəbəkəyə qoşulduqda, təhlükəsiz VPN qoşulma yaranır və İP paketlərin şifrlənməsi ilə yollanan məlumatın tam təhlükəsizliyi təmin olunur.
Sistemin istifadəsindən olan fayda və ona çəkilən xərcin nisbəti, 3G texnologiyalarda maraqlı olan şirkətlərin bu texnologiyadan geniş istifadə etməsinə əsas yaradır. Bunu nəzərə alan, Caspian Telecom şirkəti, Azərbaycanda ən sərfəli qiymətlər təklif edir və artıq ölkəmizin bir neçə kommersiya bankı bu texnologiyanın test rejimində tədbiqinə başlayıb.
Qeyd edək ki, Azərbaycanda İKT sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom, 2010-cu ildən Ailə TV şəbəkəsinə daxildir. Respublikada geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 18-ci dəfə keçiriləcək və noyabrın 6-dan 9-na kimi davam edəcək, BakuTel-2012 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.