...

Azərbaycan və İran tezlik mənimsəmələrinin koordinasiyası məsələsini müzakirə edirlər

Telekommunikasiya Materials 13 Noyabr 2012 13:04 (UTC +04:00)
Azərbaycan və İran kibernetik cinayətlə mübarizə və tezlik mənimsəmələrinin koordinasiyası məsələlərini nəzərdən keçirir.
Azərbaycan və İran tezlik mənimsəmələrinin koordinasiyası məsələsini müzakirə edirlər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və İran kibernetik cinayətlə mübarizə və tezlik mənimsəmələrinin koordinasiyası məsələlərini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri Vidadi Zeynalov bildirib.

Məsələyə çərşənbə axşamı Tehranda öz işinə başlayan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rabitə və informasiya texnologiyaları nazirlərinin birinci iclası çərçivəsində baxılır.

İclasda iştirak edən Azərbaycanın nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov rəhbərlik edir.

Daha əvvəl Azərbaycan və İran sərhədyanı ərazilərdə GSM-tezliklərinin koordinasiyası məsələlərini razılaşdırıblar.
Radiotezlik resurslarının koordinasiyasının əsas məqsədi onların sərhədyanı ərazilərdə kəsişməsi hallarının aradan qaldırılması və mobil rabitənin normal fəaliıyyətinin təminat olunmasıdır.

Tərəflər iki ölkənin operatorları tərəfindən tezlik resurslarından bərabər səviyyədə istifadə məsələlərini razılaşdıraraq protokol imzalayıblar.

Analoji protokol bu gün Rusiya və Gürcüstan arasında imzalanıb.
Hazırda iki ölkə arasında ölkələrin efir sahəsinə müdaxilənin nizama salmasını nəzərdə tutan yeni protokol hazırlanır. Bu sənədin hazırlanması prosesinə texniki mütəxəssislər də cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti