...

Bakcell-in "Sən də Mersedes sür" kampaniyasının qalibi bəlli oldu

Telekommunikasiya Materials 29 Noyabr 2012 17:48 (UTC +04:00)
Avqustun 27-dən başlayan və noyabrın 4-ə kimi aktiv olan "Sən də Mersedes sür" SMS yarışması sona çatıb.
Bakcell-in "Sən də Mersedes sür" kampaniyasının qalibi bəlli oldu

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Avqustun 27-dən başlayan və noyabrın 4-ə kimi aktiv olan "Sən də Mersedes sür" SMS yarışması sona çatıb.

Bakcell-dən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində gündəlik və həftəlik pul mükafatları oynanılıb və baş mükafat "Mersedes GLK" öz sahibini tapıb.

Belə ki, kampaniya zamanı gün ərzində ən fəal 60 yarışmaçı hər biri 500 AZN, həftə ərzində ən fəal 9 iştirakçı isə hər biri 1000 AZN qazanıb. Bundan əlavə, yarışma dövründə hər biri 750 AZN dəyərində olan 5 ədəd xüsusi pul mükafatı da öz sahiblərini tapıb.

Kampaniyanın baş mükafatı "Mersedes GLK" öz sahibini tapıb, qalib Salmanova Nailə Nağı qızı "Bakcell" şirkətinin baş ofisində keçirilən mükafatlandırma mərasimində hədiyyəsini alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti