...

“Ailə NET” öz fiber optik şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 25 Dekabr 2012 11:24 (UTC +04:00)
"SKAY MAKS" MMC (Ailə NET brendinin sahibi) 2011-ci ilin may ayından Ailə NET brendi altında internet provayder xidmətləri göstərir.
“Ailə NET” öz fiber optik şəbəkəsini genişləndirir

"SKAY MAKS" MMC (Ailə NET brendinin sahibi) 2011-ci ilin may ayından Ailə NET brendi altında internet provayder xidmətləri göstərir. Azərbaycanda ilk dəfə, məhs Ailə TV abonentləri genişzolaqlı fiber optik texnologiya əsasında internetə çıxış əldə ediblər.

Aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal, Binəqədi, Nərmianov və Suraxanı rayonlarını daxil edən şirkət, qısa vaxt ərzində, bu ərazilərdə öz şəbəkəsini qurub. Gəncə şəhərində də fəaliyyət göstərən Ailə NET internet provayderi, burada da öz əhatə dairəsini genişləndirərək, genişzolaqlı internet xidməti göstərir.

Əhatə dairəsini genişləndirən "Ailə NET", abunəçilərə güzəştli tariflər də təqdim edir. Belə ki, 2 Mbit\s sürətə malik internet "Ailə TV" abunəçiləri üçün sadəcə 9 AZN təşkil edir.

Azərbaycanda fiber optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən "Ailə NET", 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub. Bundan başqa, bu sahədə ən son texnologiyaların tətbiqi və göstərilən xidmət səviyyəsinin yüksəldilməsi "Ailə TV" şəbəkəsinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.

"Ailə TV" şəbəkəsinə daxil olan "Ailə NET" internet provayderi, xalqımızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir. Xalqımıza xoş güzəran, ruzi-bərəkət və əmin-amanlıq arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti