...

"Azercell" ilə həyat daha da asanlaşır

Telekommunikasiya Materials 2 May 2013 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün Bakıda "Asan imza - elektron hökumətin açarıdır" mövzusunda geniş konfrans baş tutub. Vergilər Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə nazir Fazil Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və digərləri iştirak ediblər.

Tədbirdə "Azercell Telekom" MMC-nin prezidenti Kiri Qaburiç çıxış edib. Qaburiç mobil imzanın üstünlüklərini qeyd etməklə yanaşı, Azercell-in bu sahədə təklif etdiyi xidmətlər, həmçinin əldə olunan nailiyyətlər barədə söz açıb.

Konfransda Azercell-in də aid olduğu "TeliaSonera Eurasia" şirkətinin vitse-prezidenti Tonu Qrunberq də məruzəsini iştirakçıların diqqətinə çatdırıb. "Asan imzanın inkişafı - şimaldan cənuba qədər" mövzusundakı çıxışında vitse-prezident təklif olunan xidmətin unikal olduğunu bildirib.

Konfransda, həmçinin elektron xidmətlərin inkişafında "Asan imza"nın rolu, mobil hökumətin inkişafı baxımından önəmi, sahibkarlığın inkişafına dəstəyi, nağdsız ödənişlərin stimullaşdırılmasında "Asan imza"nın rolu və digər mövzularda müzakirələr aparılıb. Tədbirdə dövlət orqanları, maliyyə təşkilatları, İKT qurumları və mobil operator təmsilçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti