...

“Caspian Telecom” Bakı və Gəncədə optik şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 4 May 2013 10:31 (UTC +04:00)
“Caspian Telecom” MMC ölkə üzrə optik şəbəkəsini genişləndirir.
“Caspian Telecom” Bakı və Gəncədə optik şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 4 may /Trend/

"Caspian Telecom" MMC ölkə üzrə optik şəbəkəsini genişləndirir. Bu barədə şənbə günü şirkətdən Trend-ə daxil olan məlumatda bildirilir

Hazırda şaxələnmiş optik şəbəkəyə malik olan şirkət müxtəlif korporativ müştərilər və eləcə də ayrı-ayrı hüquqi və fiziki şəxslərə ən müxtəlif şəbəkə xidmətləri göstərir. İKT sahəsində fəaliyyət göstərən digər analoji şirkətlərdən fərqli olaraq "Caspian Telecom", müştərilərin optik şəbəkəyə qoşulması prosesini ən qısa zamanda reallaşdırır. "Caspian Telecom" MMC-nin direktor müavini Mahizər Tağıyevanın sözlərinə əsasən, hazırda şirkətin malik olduğu şaxələndirlimiş optik şəbəkə bu işi ən qısa zamanada yerinə yetirməyə imkan verir.

"Əgər adi halda öz şəbəkəsi olmayan şirkət hər hans bir müştərini optik şəbəkəyə bir neçə gün və ya bir həftə müddətində qoşursa, biz öz şəbəkəmizdən istifadə etməklə bu işi ən qısa zamanda, hətta üç- dörd saata və ya bir iş günündən çox olmayan müddətdə yerinə yetiririk. Hazırda şəbəkəmiz ölkənin ən böyük şəhərlərini əhatə edir. Bu bizim üstünlüyümüzdür və bunun sayəsində hazırda respublikada bir çox banklar və dövlət qurumları xidmətlərimizdən istifadə edirlər"- deyə M. Tağıyeva bildirir.

Xatırladaq ki, şirkət İKT sahəsində 1997-ci ildən fəaliyyət göstərir və 2010-cu ildən etibarən şirkət Ailə TV şəbəkəsinin bir hissəsinə çevrilib. Hazırda Caspian Telecom Bakı və Gəncə şəhərləri üzrə optik şəbəkənin genişləndirilməsi və müştərilərə göstərilən xidmətlərin sayının artırılması ilə məşğul olur. Bakı və Gəncə şəhərləri ilə yanaşı digər şəhərlərdə də filialların yaradılması planlaşdırılır. Şirkətin təqdim etdiyi xidmətlərə fiber-optik internet, fiber-optik xətlər və Ethernet, şəbəkə təhlükəsizliyi, virtual özəl şəbəkələrin yaradılması, şəbəkə monitorinqi, 3 G texnologiyaları ilə bank sistemlərinin quraşdırılması, video müşahidə, SWIFT xidməti, filiallar arası şəbəkələrin yaradılması və s xidmətlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti