...

"Azercell" Türkiyənin e-Toxum layihəsi ilə birgə Azərbaycan "start-up"larına dəstək verdi

Telekommunikasiya Materials 8 İyul 2013 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend/

"Azercell" gənclərin yeni biznes ideyalarına dəstək verməyə xüsusi önəm verir. Şirkətin "Barama" İnnovasiya Mərkəzi gənc mütəxəssislərə öz ideyalarını reallaşdırmaq, mobil və informasiya texnologiyaları əsasında biznes qurmaq üçün şərait yaradır.

"Start-up" biznes ideyalarına dəstək üçün "Azercell" tərəfindən keçirilən silsilə tədbirlərdən biri də iyul ayının 6-da Bakıda təşkil edilmişdir. Bu dəfə Türkiyədə bu sahədə tanınmış e-Toxum layihəsinin üzvləri ilə Azərbaycanın gənc İT sahibkarlarının birgə görüşü keçirilmişdir. Gənclərin maariflənməsinə yönələn bu tədbirin məqsədi İKT sahəsindəki şirkətlərin sayını artırmaq, gənc sahibkarları dəstəkləmək, internet iqtisadi bazarının yaradılması və inkişafı üçün sahibkarlarla investorlar arasında əlaqə qurmağı təmin etməkdir. Azərbaycan "start-up"ları üçün mentorluq sessiyası zamanı iştrakçılar öz layihələrinin investorlar qarşısında təqdimatını keçirib, həmçinin onlarla biznes strategiyası, potensial imkanlar haqqında müzakirələr aparıblar.

e-Toxum qurulduğu gündən ötən 5 il ərzində 40-dan çox özəl investorla əməkdaşlıq edərək 200-ə yaxın layihəyə dəstək vermişdir. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri də vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti