...

Nar Mobile-dan yeni foto müsabiqə

Telekommunikasiya Materials 13 Sentyabr 2013 19:22 (UTC +04:00)
Mobil operator bu ilin ilk təhsil günü ilə bağlı yeni müsabiqəni elan edir.
Nar Mobile-dan yeni foto müsabiqə

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

"Nar Mobile" mobil operatoru 2013-cü ilin ilk təhsil günü ilə bağlı sosial mediada aktiv olan valideynlər üçün yeni bir müsabiqənin başlanğıcını elan edir.

Belə ki, "Məktəbdə ilk gün" adlanan yeni müsabiqə foto yarışması olaraq keçiriləcək və müsabiqədə ancaq "ilk dəfə məktəbə" konsepti ilə bağlı çəkilmiş şəkillərin müəllifləri iştirak edə biləcəklər. 16 sentyabr tarixində start veriləcək müsabiqənin şərtlərinə görə, iştirak üçün tələb olunan şəkillər məktəbdə və ya məktəbə gedərkən, evdə, məktəbə hazırlaşarkən, ilk zəng, ilk müəllim, ilk sinif yoldaşı və s. kimi məktəblə bağlı mövzularla əlaqəli olmalıdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəkilləri Nar Mobile-ın rəsmi Facebook, Twitter və Instagram səhifələri vasitəsilə göndərə bilərlər.

Qalib əvvəlcədən müəyyən olunmuş münsiflər heyətinin qərarı ilə seçilərək "Nar Mobile" mobil operatoru tərəfindən iPad 4 və 50 manatlıq məktəb ləvazimatları kuponu ilə mükafatlandırılacaq.

Müsabiqənin şərtləri aşağıdakılardır:

• Müsabiqədə ancaq Nar Mobile-ın rəsmi sosial media səhifələrinə üzv olaraq qoşulmaq olar.
• Ancaq 16-17 sentyabr tarixlərində göndərilən şəkillər müsabiqədə iştirak etmək hüququ qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti