...

"Fiber optic" – bir günə!

Telekommunikasiya Materials 27 Noyabr 2013 14:03 (UTC +04:00)
"Caspian Telecom" Azərbaycanda ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olan şirkətlərdən biridir.
"Fiber optic" – bir günə!

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Caspian Telecom" Azərbaycanda ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olan şirkətlərdən biridir. Şirkətin öz müstəqil əsas şəbəkəsi var ki, bu da müştərilərə daha səmərəli korporativ xidmət göstərməyə imkan verir. "Caspian Telecom" yeganə şirkətdir ki, müştərilərin fiber optik şəbəkəsini "sıfırdan" cəmi bir günə qurur.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Caspian Telecom" şirkəti öz iş təcrübəsində yalnız FTTB (binaya kimi fiber optik şəbəkə) və FTTH (evə kimi fiber optik şəbəkə) kimi ən son qabaqcıl və genişzolaqlı texnologiyalardan istifadə edir. Bu texnologiyalar ən sürətli və keyfiyyətli məlumat mübadiləsini təmin etməyə imkan verir.

FTTB texnologiyasından fərqli olaraq, FTTH texnologiyasında optik kabel birbaşa abunəçinin evinə kimi daxil olur və bir nazik kabel vasitəsilə 3 vacib xidmətdən, telefon, televiziya və internetdən yararlanmağa imkan verir.

Şirkət müştərilərə pulsuz olaraq şəbəkə infrastrukturunun monitorinq xidmətini təqdim edir. Multi-funksional və çevik NMS sistemi vasitəsilə şirkətin əməkdaşları nəinki öz şəbəkələrinin, həm də ayrı ayrılıqda digər şəbəkələrində sorğu ilə monitorinqini apara bilirlər. Beləliklə müştərilərin narahatlığına heç bir əsas yoxdur, şirkət əməkdaşlarının davamlı monitorinqləri şəbəkədə yaranan bütün problemləri ani sürətdə təyin edib, onların ən qısa zamanda həll olunmasına imkan yaradır.

"Caspian Telecom" şirkəti müştərilərə göstərilən xidmətlərin keyfiyyəti və rahatlığının yaxşılaşdırılması istiqamətində daim inkişaf edir. Azərbaycan ərazisində ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olması, şəbəkə infrastrukturunun monitorinq xidmətinin pulsuz təqdim etməsi və ən son qabaqcıl FTTH texnologiyasından istifadə etməsi, "Caspian Telecom" şirkətini İnformasiya Kommunikasiyaları Texnologiyaları (İKT) bazarında öz sektorunun şərtsiz lideri edir.

Qeyd edək ki, Azərbaycanda İKT sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom, 1997-ci ildə təsis olunub. Respublikada geniş fiber optik şəbəkəyə malik olan şirkət, Ailə TV və Ailə NET brendlərinin sahibidir və ölkəmizdə 19-cu dəfə keçiriləcək və dekabrın 2-dən 5-nə kimi davam edəcək, BakuTel-2013 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti