...

"Azercell" yeni 4G internet paketlərini istifadəyə verdi

Telekommunikasiya Materials 9 Dekabr 2013 19:30 (UTC +04:00)
Ölkənin coğrafi ərazisini tam əhatə etməsinə baxmayaraq, 4G şəbəkəsinin kommersiya istifadəsini həyata keçirən ilk və yeganə mobil operator "Azercell" şirkəti öz şəbəkəsinin keyfiyyətini artırmaq məqsədilə davamlı investisiyalar edir.
"Azercell" yeni 4G internet paketlərini istifadəyə verdi

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Ölkənin coğrafi ərazisini tam əhatə etməsinə baxmayaraq, 4G şəbəkəsinin kommersiya istifadəsini həyata keçirən ilk və yeganə mobil operator "Azercell" şirkəti öz şəbəkəsinin keyfiyyətini artırmaq məqsədilə davamlı investisiyalar edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yalnız 2013-cü il ərzində "Azercell" 1000-dən artıq radio baza stansiyasını istifadəyə verib. Yüksək keyfiyyətli səs xidmətləri və mobil internetə artan tələbatı nəzərə alaraq, şirkət etibarlı data trafikini təklif edir ki, keçən illə müqayisədə onun 120% artımı bunun bariz nümunəsidir. Hazırda 4G şəbəkəsi tam olaraq Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsini əhatə edir.

Hazırda baza stansiyalarının ümumi sayı 265 təşkil edir. 4G ilk növbədə abunəçilər üçün 100Mb/s-yə çatan daha sürətli mobil internet və istifadə edilən məlumatın daha böyük həcmi deməkdir.

LTE şəbəkəsinin yüksək keyfiyyətini təmin etmək məqsədilə "Azercell" üç tamamilə müxtəlif 4G paketini istifadəyə buraxdı. Beləliklə, 2 dekabr tarixindən etibarən "Azercell" abunəçiləri 25GB internet paketi üçün ƏDV daxil 30 AZN, 50GB üçün 45 AZN və 100 GB üçün 70 AZN ödəyirlər. İnternet paketlərindən yararlanmaq üçün müvafiq açar sözünü seçib 2525-ə sms göndərmək lazımdır.

İnternet paketi

Açar sözü

Paketin qiyməti

25 GB

25 GB

30 AZN

50 GB

50 GB

45 AZN

100 GB

100 GB

70 AZN

Hər üç paketin istifadə müddəti üçün 30 təqvim günü təyin edilib. Mobil internet (4G/3G/EDGE/GRPS) xidməti çərçivəsində təqdim edilən həcm bitdikdən sonra 30 günlük dövrün sonunadək yalnız EDGE xidmətindən (maksimal sürət 128 Kbit/s) limitsiz həcmdə istifadə etmək mümkündür.

Onu da bidirək ki, yeni 4G paketlərindən istifadə etmək üçün 4G USİM kartını əldə etmək mütləqdir. 4G USİM kartından istifadə edən abunəçilər 2G/3G mobil internet paket(lər)ini sifariş edə bilərlər.

2 dekabr 2013-cu il tarixindən 4G modemləri yeni şərtlər çərçivəsində bir daha satışa buraxılıb.

Modemin qiyməti - 54 AZN (ƏDV xaric). Abunəçi 20 AZN (ƏDV xaric) ödəyərək modemi əldə etdikdən sonra 60 gün ərzində 4G paketlərindən birini ən azı 2 dəfə sifariş etməlidir. Azercell Ekspes ofisləri və diler mağazaları şəbəkəsində, həmçinin 4G şəbəkəsi üzərindən çalışan telefon və planşetlərin geniş çeşidləri mövcuddur.

Məlumat üçün bildirək ki, 4G şəbəkəsində SMS, MMS kimi xidmətlər göstərilmir.

Daha ətraflı məlumat üçün: http://www.azercell.com/az/personal/internet/internet_campaigns/4g_modem/#.Up2Xh8RdXJo səhifəsinə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti