...

Bakıda tikinti şirkətləri yeni tikililərdə mənzillərin telefonlaşdırılmasından öz xeyirləri üçün istifadə edirlər

Telekommunikasiya Materials 22 Fevral 2014 15:11 (UTC +04:00)
Bakıda tikinti şirkətləri yeni tikililərdə mənzillərin telefonlaşdırılmasından öz xeyirləri üçün istifadə edirlər.
Bakıda tikinti şirkətləri yeni tikililərdə mənzillərin telefonlaşdırılmasından öz xeyirləri üçün istifadə edirlər

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir H.Vəliyev/

Bakıda tikinti şirkətləri yeni tikililərdə mənzillərin telefonlaşdırılmasından öz xeyirləri üçün istifadə edirlər. Bu barədə şənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyindən bildiriblər.

Yeni tikililərin sakinləri əsasən bəzi tikinti şirkətləri tərəfindən texniki tələblərin yerinə yetirilməməsi ilə bağlı problemlərlə üzləşirlər.

İB-dən deyiblər: "Həmin şirkətlər bizdən binalarda əvvəlcədən layihələndirmə zamanı nəzərdə tutulan (kanalizasiya, su, qaz, elektrik xətlərini çəkilməsi kimi) telefon xətlərinin çəkilməsi tələbləri və texniki tələblər alırlar. Təəssüf ki, heç də bütün şirkətlər bu texniki tələbləri yerinə yetirmirlər və binalarda naqillərin çəkilişinə diqqət ayırmırlar ki, bu da öz növbəsində gələcək sakinlər üçün problemlər yaradır".

Problemlər isə ondan ibarətdir ki, sakinlər telefon xətlərinin çəkilməsi üçün dövlət operatorunun tariflərinə uyğun gəlməyən və onları bir neçə dəfə üstələyən məbləğ ödəyirlər: "Abonentlər üçün telefon xətlərinin çəkilməsinin dəyəri 30 manat təşkil edir. Biz abonentlərdən israrla xahiş edirik ki, bu məbləği ödəyərkən ödəniş haqqında qəbz alsınlar".

Yanvarın əvvəlində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə xidmətləri üzrə yeni tariflərin tətbiqi haqqında əmr imzalayıb. Nazir tariflərin düzgün tətbiqi üzərində nəzarətin, vətəndaşların danışıq məntəqələri və poçt rabitəsi şöbələri vasitəsilə yeni tariflərin tətbiqi haqqında məlumatlandırılması üzrə marketinq siyasətinin formalaşdırılmasının təmin olunması barədə tapşırıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti