...

Azərbaycanda mobil internet-trafikin sürəti açıqlanıb

Telekommunikasiya Materials 5 May 2014 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Vəliyev/

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, 2014-cü ilin aprelində Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində daxil olan internet-trafikin sürəti 5,7 Mbit/saniyə təşkil edib. Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Reytinqdə "Bakcell" və "Azercell" mobil operatorlarının statistik göstəricilərinin nəticələri göstərilib. Tədqiqatın aparıldığı dövrdə bu şəbəkələrdə daxil olan trafikin maksimal sürəti 6,07 Мbit/s (Bakcell-də), eləcə də 5,02 Мbit/s (Azercell) təşkil edib.

Göstərilən dövrdə Azərbaycanın mobil şəbəkələrində xaric olan trafikin orta sürəti 1,76 Mbit/s olub. Bakı üzrə bu göstərici 2,28 Mbit/s təşkil edib.

Apreldə xaric olan trafikin maksimal sürəti 1,72 Мbit/s (Bakcell-də), eləcə də 1,69 Мbit/s (Azercell) olub.

"NetIndex" reytinqinə əsasən, apreldə Azərbaycanda daxil olan genişzolaqı internet-trafikin orta sürət 4,85 Mbit/s təşkil edib. Bakı üzrə bu göstərici 2,28 Mbit/s, Sumqayıt üzrə 3,18 Mbit/s təşkil edib.

Xaric olan trafik üzrə reytinqdə Azərbaycanın 20 internet-servis-provayderi və rabitə operatorlarının statistik göstəricilərinin nəticələri də yer alıb. Araşdırmaların aparıldığı dövrdə sadalanan rabitə qurumlarının şəbəkələrində daxil olan trafikin maksimum sürəti 10,02 Mbit/s ("Azertelecom" şəbəkəsində), minimum isə 2,18 Mbit/s ("Azerin") təşkil edib.

Apreldə xaric olan fiksajlanmış trafikin sürəti 2,7 Mbit/s olub. Bakı üzrə bu göstərici 2,9 Mbit/s, Sumqayıt üzrə isə 0,67 Mbit/s təşkil edib.

Xaric olan trafikin maksimum sürəti 9,41 Mbit/s ("Azertelecom" şəbəkəsi), minimum isə 0,47 Mbit/s ("Azerbaijan Data Network") olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti