...

Azərbaycanda sərf edilən internet-trafikin həcmi azalıb

Telekommunikasiya Materials 21 May 2014 09:58 (UTC +04:00)
2014-cü il mayın 19-na olan vəziyyətə görə, ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi 10 faiz azalaraq 90 Gbit/saniyə təşkil edib.
Azərbaycanda sərf edilən internet-trafikin həcmi azalıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/

2014-cü il mayın 19-na olan vəziyyətə görə, ölkənin ilk provayderi "Delta Telecom" şirkətinin şəbəkəsi ilə daxil olan internet-trafikin həcmi 10 faiz azalaraq 90 Gbit/saniyə təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin statistik hesabatda deyilir.

Şəbəkənin yüklənmə dinamikası günün vaxtlarından asılı olaraq dəyişilir və ən böyük yüklənmə axşam saatlarına (90 Gbit/saniyə) düşür. Gündüz saatlarında bu göstərici 10 Gbit/saniyəyə qədər azalır.

Hesabata əsasən, 19 aprel-19 may tarixlərində gündüz vaxtlarında çıxan internet-trafikin maksimum həcmi 20 Gbit/saniyə təşkil edib.

"Delta Telecom" şirkətinin trafiki 29 telekommunikasiya operatoru (dövlət və özəl internet-provayderlər, mobil rabitə operatorları və digərləri) arasında bölüşdürülür.

Mayın 19-na olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan internet-trafikin daha böyük həcmi "BakinterNet" dövlət internet-provayderinin (22,05 faiz) payına düşür. İkinci yeri 13,50 faizlik pay ilə "Uninet" ("Stream" ticarət markası), üçüncü yeri isə 12,84 faizlə "Aztelekom" tutur.

Yerdə qalan 51,61 faiz "AlfaNet", "Azintex", "Eurotelecom", "Q-Telecom", "Avirtel", "Azedunet", "Caspel", "QlobalNet", "TransEuroCom", "Azerin", "AzStarNet", "Castel", "MegaTelecom", "Smart-Systems", "Azeronline", "Stellford" ("Connect" ticarət markası), "Nakhchivan", "Ultel", "Azerphone", "Azqtel", "DATAPlus", "Orbit-az", "AzEuroTel", "Bakcell", "Eurocel" və Rabitə Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında bölüşdürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti