...

Caspian Telecom “Uğur” Milli mükafatına layiq görülüb

Telekommunikasiya Materials 6 İyun 2014 14:41 (UTC +04:00)
4 iyun 2014-cü il, Milli “Uğur” mükafatının təqdim etmə mərasimində Caspian Telceom şirkəti İKT sahəsində uğurlu fəaliyyətinə görə "Uğur-2013" mükafatına layiq görülmüşdür.
Caspian Telecom “Uğur” Milli mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 6 iyun / Trend/

4 iyun 2014-cü il, Milli "Uğur" mükafatının təqdim etmə mərasimində Caspian Telceom şirkəti İKT sahəsində uğurlu fəaliyyətinə görə "Uğur-2013" mükafatına layiq görülmüşdür.

"Consulting & Business" jurnalı tərəfindən təsis edilən "UĞUR" Milli mükafatı, hər il ölkəmizdə biznesin və iqtisadiyyatın inkişafında fərqlənən şirkətlərə təqdim olunur.

Dinamik inkişaf edən telekommunikasiya şirkəti, Caspian Telecom 17 illik fəaliyyəti ərazində müxtəif İKT xidmətləri göstərir. Mükafatın verilməsində həlledici amillərdən biri şirkətin Ailə TV kabel televiziyası və Ailə NET fiber-optik internet provayder xidmətlərinin uğurlu fəaliyyəti olub. Bakı və Gəncə şəhərlərində bu xidmətləri təqdim edən şirkət nəin ki korporativ sektor, həm də pərakəndə bazardada uğurla fəaliyyət göstərir.

Caspian Telecom şirkəti əhatə dairəsinin genişləndirilməsilə barabər təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabacıl texnologiyaların tətbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti