Azərbaycan, Bakı, 19 iyun /Trend/
Abunəçilərə göstərilən efir kabel televiziya xidmətinin keyfiyyətinin artırılması məqsədilə şəbəkədə texnoloji yeniliklərin tətbiqi müddətində telekanalların yayımında yaranmış fasilələri nəzərə alaraq, Konnekt MMC TV abunəçilərinə müvafiq paketlər üzrə aşağıdakı güzəştləri şamil edir:
- Hesablaşma abonentlərin tarif planına uyğun aparılmaqla, 75 telekanal və 118 telekanal paket abonentlərinə 13 iyun 2014-cü il tarixdən 1 ay müddətində 159 telekanal təqdim olunur.
- 159 telekanal paketi abunəçilərinə isə 5 gün müddətində pulsuz yayım təqdim olunur.
Tel: 159; (012) 510-88-48