...

Azərbaycanın dövlət rabitə operatoru IPv6 internet protokoluna keçib

Telekommunikasiya Materials 8 İyul 2014 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi yeni IPv6 internet protokoluna keçid üzrə texniki prosedurları başa çatdırıb. Bu barədə Trend-ə İB-dən məlumat verilib.

"Aztelekom" yeni IPv6 internet protokoluna keçid zamanı IPv4 şəbəkələrində kontentin saxlanılması və ötürülməsini təmin edən CGNAT (Carrier-grade Network Address Translation) texnologiyasından istifadə edir.

İstehsalat Birliyindən bildiriblər ki, hazırda texnologiya Aztelekom.net-in Yevlax şəhərindəki alternativ regional provayder mərkəzində tətbiq olunur və Azərbaycanın 15 rayonuna xidmət göstərir: "Respublika ərazisində 6 regional provayder mərkəzi fəaliyyət göstərir. CGNAT texnologiyası mərhələlərlə bütün mərkəzlərdə tətbiq olunacaq".

Yeni IPv6 internet protokolunun xeyli sayda IP-ünvanı var ki, bu da daha böyük sayda qovşaqların ünvanlaşdırılmasına imkan verir. Bazarda protokola qoşula bilməyən cihazların çox olması bu yeni IP protokoluna keçidə vaxt tələb edəcək. Buna görə də hər iki IP protokol bir neçə il paralel fəaliyyət göstərəcək.

Tam keçidə isə həm istifadəçilər, həm də telekommunikasiya xidmətlərinin tədarükçüləri hazır olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti