...

Azərbaycanda İKT sektorunun gəlirləri 12 faizi ötüb

Telekommunikasiya Materials 15 Avqust 2014 08:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda təşkilatlara və əhaliyə ümumi dəyəri 862,3 milyon manat olan informasiya və rabitə xidmətləri göstərilib ki, bu da 2013-cü ilin analoji dövr göstəricisindən 12,4 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) 7ayın yekunlarına dair hesabatında deyilir.

Hesabata görə, informasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,5 faiz əhaliyə göstərilən xidmətlərin payına düşüb. Bununla belə, əldə edilən gəlirlərin ümumi həcmindən 60,2 faiz mobil rabitə xidmətlərinin payına düşüb.

Ümumilikdə 2014-cü ilin yanvar-iyul aylarında mobil rabitə xidmətlərindən əldə edilən gəlirlərin həcmi 518,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti