...

Azərbaycanın poçt operatoru kreditlərin verilməsinə hazırlaşır

Telekommunikasiya Materials 3 Sentyabr 2014 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC kreditlərin verilməsi üzrə pilot layihə hazırlayıb. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, layihənin ümumi dəyəri iki milyon manatdır: "Hazırda kreditlərə daha çox tələbatın olduğu və onların qaytarılması üzrə risklərin olmadığı bir neçə rayon müəyyən edilib. Kreditləşməyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin daxili resurslarından vəsait yönəldiləcək".

Kreditlər ilkin mərhələdə biznesin və kənd təsərrüfatının inkişafına ayrılacaq.

Ə.Abbasovun sözlərinə görə, poçt operatorlarına kreditləşmə sahəsində tam xidmətlərin göstərilməsinə icazə isə yaxın vaxtlarda veriləcək.

Bu gün MMC-nin təxminən minə yaxın poçt şöbəsinə Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında bütün bank xidmətlərinin (kreditlərin verilməsi və depozitlərin cəlb edilməsindən başqa) göstərilməsi imkanı verilib.

Mərkəzi Bank "Azərpoçt" MMC-nin filial şəbəkələri vasitəsilə bank və maliyyə xidmətlərinin genişləndirilməsi və inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti