...

"Dilmanc" portalının mobil versiyası istifadəyə verildi

Telekommunikasiya Materials 23 Sentyabr 2014 14:32 (UTC +04:00)
Trend-in "Dilmanc"ın məlumatına istinadən verdiyi xəbərə görə, mobil telefon və planşetlərdən dilmanc.az saytına daxil olarkən saytın kiçik ekran və toxunma interfeysi üçün optimallaşdırılmış versiyası açılır.
"Dilmanc" portalının mobil versiyası istifadəyə verildi

Azərbaycan, Bakı, 23 sentyabr/Trend, müxbir Hüseyn Vəliyev/

dilmanc.az tərcümə portalının mobil versiyası istifadəyə verilib. Trend-in "Dilmanc"ın məlumatına istinadən verdiyi xəbərə görə, mobil telefon və planşetlərdən dilmanc.az saytına daxil olarkən saytın kiçik ekran və toxunma interfeysi üçün optimallaşdırılmış versiyası açılır.

dilmanc.az saytının mobil versiyasında da mətnləri Azərbaycan, ingilis, rus və türk dillərinə daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər imkanlar əlavə edilib.

Qeyd edək ki, Android əsasında işləyən qurğuların istifadəçilərinə Dilmanc Translator proqramını yükləyərək istifadə etmək məsləhət görülür. Bu proqramda mətnlərlə yanaşı, şifahi nitqi tərcümə etmək və səsləndirmək imkanı da var. Proqramın digər mobil platformalar üçün də hazırlanması üzərində işlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti