...

İran və Azəraycan radio-televiziya texnologiyaları sahəsində əməkdaşlıq edəcək

Telekommunikasiya Materials 14 Oktyabr 2014 14:19 (UTC +04:00)
İran televiziya və radio texnologiyaları, rəqəmsal TV və radio ötürücüləri istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.
İran və Azəraycan  radio-televiziya texnologiyaları sahəsində əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran televiziya və radio texnologiyaları, rəqəmsal TV və radio ötürücüləri istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında deyib.

İ.Zərqami bildirib ki, İranda aşağı və yuxarı tezlikli rəqəmsal TV və radio ötürücüləri istehsalı inkişaf edib: "Yaxın zamanlarda İrandan bir qrup mütəxəssis Azərbaycana səfər edəcək və burada rəqəmsal TV ötürücüləri quraşdıracaq. Əgər İran istehsalı olan məhsulların keyfiyyəti Azərbaycan tərəfini qane edərsə, bu sahədə iki ölkə arasında əməkdaşlıq davam etdiriləcək".

O, əlavə edib ki, bu gün Azərbaycan və İran müştərək media komissiyasının yaradılmasına dair iki ölkə arasında protokol imzalanacaq: "Həmin protokola əsasən, iki ölkənin media komissiyasının yaradılması ilə bağlı ətraflı sənədin imzalanması üçün hazırlıq işləri görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti