...

Azərbaycan və İran arasında teleradio sahəsində əməkdaşlıqların artırılması üçün sənəd imzalanıb

Telekommunikasiya Materials 16 Oktyabr 2014 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran arasında müştərək teleradio komitəsinin yaradılmasına dair əməkdaşlıq sənədi imzalanıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, sənədi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami imzalayıb.

Sənədə əsasən, müştərək teleradio komitəsinin yaradılması üçün işçi qrup fəaliyyət göstərəcək. Azərbaycan tərəfindən işçi qrupa rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, İran tərəfindən isə İran Radio-Televiziya Təşkilatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmməd Hüseyni rəhbərlik edəcək.

İşçi qrup müştərək teleradio komitəsinin yaradılması və onun işə başlamasına dair sazişi hazırlayacaq, daha sonra saziş ölkə rəsmiləri tərəfindən imzalanacaq.

Sənəd bu gün İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin Azərbaycana səfəri başa çatmamışdan öncə imzalanıb.

İ.Zərqami oktyabrın 10-dan Bakıda səfərdə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti