...

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıda səfərdədir

Telekommunikasiya Materials 1 Dekabr 2014 09:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bu gün səhər Bakıya səfərə gəlib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, M.Vaezi Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun dəvəti ilə dekabrın 2-5-də Bakıda keçiriləcək "Bakutel 2014" Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak və çıxış edəcək.

Səfər zamanı iranlı nazirin Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti