...

Özəl internet provayderlər Bakıdan kənarda biznesi genişləndirə biləcəklər

Telekommunikasiya Materials 29 Dekabr 2014 14:15 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi (İB) Azərbaycanın rayonlarında özəl provayderlərin xidmətlərini genişləndirmək üçün platforma yaradıb.
Özəl internet provayderlər Bakıdan kənarda biznesi genişləndirə biləcəklər

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Aztelekom" İstehsalat Birliyi (İB) Azərbaycanın rayonlarında özəl provayderlərin xidmətlərini genişləndirmək üçün platforma yaradıb. Bunu bazar ertəsi Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, söhbət müştərilərə xidmət göstərilməsi üzrə vahid mərkəzin formalaşdırılmasını nəzərdə tutan intellektual idarəetmə mərkəzinin yaradılmasından gedir: "Bakıdan kənardakı mövcud özəl provayderlərin "Çağrı mərkəzi"nə qoşulması könüllü əsasda həyata keçiriləcək. Bütün provayderlərin istifadəçiləri 170 telefon nömrəsi ilə xidmət mərkəzinə müraciət edə biləcəklər. Dövlət operatorunun təşəbbüsü 19 özəl internet provayderin, o cümlədən ölkənin rayonlarında fəaliyyət göstərən provayderlərin dəstəyini qazanıb".

Hazırda rayonlarda fəaliyyət göstərən provayderlərin sayı təqribən 7-dir.

O.Gündüz qeyd edib ki, dövlət operatoru özəl provayderlərin rayonlarda, xüsusi ilə kənd yerlərində fəaliyyətini genişləndirmək üçün təkliflər paketi hazırlayıb: "Azetelekom"un təklifi son istifadəçiyə internet xidmətləri göstərmək üçün kanalların icarəsi və optik infrastrukturdan istifadə ilə bağlı güzəştləri nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti