...

Dünya Bankından Azərbaycanın poçt sistemi ilə bağlı təkliflər

Telekommunikasiya Materials 13 Fevral 2015 19:37 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib
Dünya Bankından Azərbaycanın poçt sistemi ilə bağlı təkliflər

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Lesçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə hazırda yerinə yetirilən layihələrin icra vəziyyəti müzakirə edilib, Dünya Bankı ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verən Dünya Bankının nümayəndələri "Azərpoçt" MMC, Azərbaycan Mərkəzi Bankı, RYTN və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin mümkün istiqamətləri barədə məlumat veriblər.

Qeyd edilib ki, "Azərpoçt" MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə Dünya Bankı və SECO ilə təklif olunan yeni tərəfdaşlıq 3 komponentdən ibarətdir. Birinci komponent üzrə korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı, ikinci komponent üzrə rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur.

Sözügedən təkliflərin baxılması üçün RYTN tərəfindən Azərbaycan hökumətinə təqdim edilməsi, təkliflərə münasibət bildirildikdən sonra isə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti